İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani İsrailin Livan və Qəzza zolağındakı mülki yaşayış məntəqələrinə etdiyi hücumları qınadı.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən bəyanata görə, Nasir Kənani İsrailin son hücumlarına münasibət bildirib.
Kənani hücumları sərt dillə pisləyib və İsrail qüvvələrinin Livan və Qəzzaya etdiyi hücumların Əqsa məscidinə qarşı pozuntuların davamı olduğunu deyib.
Nasir Kənani beynəlxalq ictimaiyyətdən hücumlara sərt reaksiya verməsini xahiş edib.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İslam ölkələrindəki həmkarları və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi ilə telefon danışığı apardıqlarına işarə edən Kənani İƏT-nın mövzu ilə bağlı fövqəladə iclas keçirməsinin vacibliyini vurğulayıb.