İrandan İsrailin hücum təhdidlərinə CAVAB

İrandan İsrailin hücum təhdidlərinə CAVAB

İranın BMT-dəki daimi nümayəndəsi Əmir İrəvani sionist İsrailin İrana qarşı son təhdidlərinə cavab olaraq BMT-nin baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının hazırkı sədrinə məktub göndərib.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir İrəvani sionist İsrailin İrana qarşı son təhdidlərinə cavab olaraq BMT-nin baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasının hazırkı sədrinə məktub göndərib.

İrəvani vurğulayıb ki, İsrail rejiminin xarici işlər nazirinin BMT-yə yazdığı məktubda İran İslam Respublikasına qarşı irəli sürülən iddialar tamamilə əsassızdır və qətiyyətlə rədd edilir.

İranlı diplomat deyib:

"Sionist nazirin məktubu beynəlxalq ictimaiyyətin diqqətini aparteid rejiminin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi iyrənc cinayətlərdən və sonsuz soyqırımdan yayındırmaq üçün növbəti ümidsiz cəhddir".

İşğalçı rejimin hər hansı təxribatçı fəaliyyəti və ya avantürizmi barədə xəbərdarlıq edən İrəvani Tehranın Təl-Əviv tərəfindən İranın milli təhlükəsizliyi və maraqlarına qarşı istənilən təhdid və hərəkətə cavab vermək üçün təbii və qanuni haqqı olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR