İrandan İsraili dəstəkləyən ölkələrə XƏBƏRDARLIQ

İrandan İsraili dəstəkləyən ölkələrə XƏBƏRDARLIQ

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dünən gecə sionist rejimə qarşı hava hücumu ilə bağlı deyib: "Hərbi hərəkət diplomatik hücuma cavab olaraq məqsədəuyğun idi".

Az.rasthaber.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ötən gecə İsrailə pilotsuz uçuş aparatının (PUA) hücumunun İranın Suriyadakı konsulluğuna hava hücumuna cavab olduğunu bildirib.

Qalibaf İnqilab Keşikçiləri Ordusunun İsrailə hücumunu qiymətləndirdiyi çıxışında bildirib:

"İsrailə qarşı hərbi hərəkət diplomatik nümayəndəliklərimizə edilən hücuma cavab idi və Birləşmiş Millətlər Təşkilatının qaydalarına uyğun idi".

Qalibaf İsrailə və onu dəstəkləyən ölkələrə "səhv" etməmək barədə xəbərdarlıq edib və İranın belə vəziyyətlərdə daha qətiyyətli cavab verəcəyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR