İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naini İsrailə sərt xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naini Əl Mayadeen televiziyasına danışarkən İranın sionist İsrailə qarşı başlatdığı cavab əməliyyatını dəyərləndirib.
General Naini deyib: "İranın sürətli cavabı düşmənin hesablamalarını alt-üst edib. Biz müharibənin məqsədlərinə diqqət yetirməklə kimin qalib və ya məğlub olduğunu öyrənə bilərik".
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, general Naini sionistlərə xəbərdarlıq edərək deyib: Əgər yeni müharibə başlayarsa, İranın cavabı sarsıdıcı olacaq.
General Naini deyib ki, “İran müharibə zamanı İsrailə 2000-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) atıb”.