İrandan İsrail rejiminin məktəbi bombalamasına REAKSİYA

İrandan İsrail rejiminin məktəbi bombalamasına REAKSİYA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sionist İsrail qüvvələrinin uşaqları qətlə yetirən Fəxura məktəbinə bombalı hücumunu kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist İsrail qüvvələrinin çox sayda insanın sığındığı BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) bağlı Əl-Fahura məktəbinə uşaq qatili sionist İsrail qüvvələrinin həyata keçirdiyi bombalı hücumu kəskin şəkildə pisləyib. 

Kənani deyib:

“Təəssüf ki, dünya ölkələri və beynəlxalq məclislərin Qəzza zolağı və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı soyqırımı ilə bağlı hərəkətsizliyi kölgəsində qəsbkar sionist rejim hər gün qadınlar və uşaqların  evlərdə və qaçqınların sığındıqları yerlərdə fələstinlilərə qarşı yeni hərbi cinayətlər və kütləvi qətllər törədir".

Kənani həmçinin beynəlxalq ictimaiyyəti qatil İsrail rejiminin məzlum və müdafiəsiz Fələstin xalqına qarşı törətdiyi açıq-aşkar soyqırımına görə məsuliyyəti öz üzərinə götürməyə, xüsusilə İslam ölkələrinə qarşı təcili və çəkindirici tədbirlər görməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR