İran Xarici İşlər Nazirliyi HƏMAS-ı bugünkü əməliyyata görə təbrik edib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani HƏMAS-ı bu gün sionist rejimə qarşı başlatdığı əməliyyat münasibətilə təbrik edib və deyib:
"Bugünkü əməliyyat işğal olunmuş ərazilərdə işğalçılara qarşı müqavimət və silahlı əməliyyatlar sahəsində yeni səhifə açdı.
Bu gün baş verənlər Suriya, Livan və işğal olunmuş ərazilər də daxil olmaqla müxtəlif bölgələrdə anti-sionist müqavimət hərəkatının qələbələrinin davamı ilə uyğundur.
HƏMAS bugünkü hücumları ilə göstərdi ki, sionist rejim ordusunun məğlubedilməzlik iddiası boşdur və sionist rejimin hərbi qüvvələri müqavimət qüvvələri qarşısında məğlubiyyətə məhkumdur”.
Digər tərəfdən, İran İslam İnqilabının Rəhbəri İmam Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi də HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sionist İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatı ilə bağlı açıqlamalar verib.
Səfəvi açıqlamasında HƏMAS-ı sionist rejimi hədəf alan bu hücumlara görə təbrik edib və bu açıqlamaları verib:
"Biz bu əməliyyatı dəstəkləyirik və əminik ki, müqavimət cəbhəsi də bu əməliyyatı dəstəkləyir. Fələstin və Qüds azad olunana qədər fələstinli mücahidlərin yanında olacağıq. Beynəlxalq təşkilatlar fələstinli uşaq və gənclərin sionistlər tərəfindən qətlə yetirilməsi ilə bağlı illərdir susdular. Bu qırğınlara qarşı bu təşkilatlardan heç bir reaksiya görmədik.
Sionistlər birbaşa fələstinli uşaqların başına atəş açır. 2023-cü ilin son rəqəmləri 37 fələstinli uşağın sionist əsgərlər tərəfindən şəhid edildiyini göstərir. Bundan başqa, İsrail həbsxanalarında çoxlu fələstinli gənc və uşaq saxlanılır”.