İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Danimarkada Qurani-Kərimin yandırılmasına münasibət bildirib.
Az.rasthaber.com xəbər verir ki, bəzi Avropa ölkələrində Qurana və müsəlmanların müqəddəs dəyərlərinə qarşı çirkin əməllərin təkrarlanması və artması ilə bağlı xəbərdarlıq edən Kənani, sözdə insan haqları müdafiəçilərinin bu cür hərəkətlərə qarşı susmasını pisləyib.
“Bu cür yanaşmalar insanların dinc yanaşı yaşaması və qlobal təhlükəsizliyə təhlükə yaradan nifrət, ekstremizm və zorakılığın təşviqi üçün əsasdır”, - Kənani vurğulayıb.
Son zamanlar insan haqları adına edilən cəsarətə məhəl qoymamağın ümumbəşəri insan hüquqları anlayışına tamamilə zidd olduğunu qeyd edən Kənani deyib:
"İfadə azadlığı bəhanəsi ilə bu cür çirkin və nifrət dolu cəhdlərin təkrarlanmaması üçün İran İslam Respublikası, həmçinin müsəlman ölkələri və xalqları Danimarka rəsmilərinin məsuliyyəti öz üzərinə götürməsini və müqəddəsləri təhqir etmək üçün verilən icazələrin ləğvini gözləyirlər".