İrandan Borrelin "irqçi" açıqlamalarına REAKSİYA

İrandan Borrelin

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Avropanı gözəl bir bağa, dünyanın qalan hissəsini isə meşəyə bənzətdiyi açıqlamasına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Twitter” səhifəsində etdiyi paylaşımda, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Avropanı gözəl bir bağa, dünyanın qalan hissəsini isə meşəyə bənzətməsi ilə bağlı açıqlamasına reaksiya verib.

"Bağ/meşə metaforası Qərbə işğal və təcavüz hüququ verən tamamilə qəbuledilməz müstəmləkəçilik zehniyyətindən qaynaqlanır. O dövr bitdi. Artıq çoxqütblü dünya qapı arxasındadır. 

Avropa Birliyi ya faktları qəbul etməlidir, ya da tənəzzülə və yox olmağa davam edəcək".

Xəbəri paylaş

VİDEOLAR