İrandan Blinkenin iddialarına CAVAB

İrandan Blinkenin iddialarına CAVAB

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Twitter səhifəsində paylaşımda, ABŞ dövlət katibi Antoni Blinken İranın Əxlaq Polisi və 7 yüksək səviyyəli təhlükəsizlik rəsmisinə qarşı sanksiya tətbiq edəcəkləri iddiasına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Kənani paylaşımında belə qeyd edib:

"İstər ölkə daxilində, istərsə də xaricdə insan haqları ilə bağlı biabırçı tarixi olan Birləşmiş Ştatlar özünü daha yüksək əxlaqi mövqedə görməyə və dünyaya təbliğ etməyə necə cəsarət edir?

Cənab Blinken yadda saxlamalıdır ki, o, polisi cəmi 9 ay ərzində əksəriyyəti qaradərili 730 nəfəri güllələyib öldürən bir ölkənin dövlət katibidir".

Xəbəri paylaş

VİDEOLAR