İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ərəb-Yapon Siyasi Dialoq Nazirlər Toplantısından sonra dərc edilən birgə bəyanatda BƏƏ-nin də iddia etdiyi Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarının qeyd edilməsinə reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Kənani deyib:
"Əbu Musa, Böyük Tunb və Kiçik Tunb İran ərazisinin ayrılmaz və əbədi hissəsidir. Sözügedən görüşün yekun bəyanatında onların adlarının çəkilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur.".
Kənani bəyanatda adalarının qeyd olunmasını qəti şəkildə rədd etdiklərini və bunun beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin daxili işlərinə qarışmama və ərazi bütövlüyünə hörmət prinsiplərinə zidd olduğunu bildirib.
Qərərgahı Misirin paytaxtı Qahirədə yerləşən Ərəb Liqasında keçirilən Ərəb-Yapon Siyasi Dialoq Nazirlər Toplantısının 3-cü Dövrünün başa çatmasından sonra birgə bəyanat verilmiş və və “Nazirlər, beynəlxalq hüquq prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, o cümlədən BƏƏ-nin təşəbbüsləri və üç ada (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa) məsələsinin ikitərəfli danışıqlar yolu ilə sülh yolu ilə həllinə nail olmaq səyləri ) "bütün dinc səylərə dəstəyini təsdiqləmişdir", - deyə qeyd edilmişdi.