İrandan Aşura günü mesajı: Qəzzaya dəstək olaq!

İrandan Aşura günü mesajı: Qəzzaya dəstək olaq!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabında Məhərrəm ayının 10-cu gününə təsadüf edən Aşura ilə bağlı mesaj yayıb.

Az.rasthaber.com xəbər verir ki, Kənani İmam Hüseyn (ə) və onun səhabələrinin Kərbəlada şəhadətinin ildönümü münasibətilə başsağlığı verərək deyib:

“Gəlin, Aşura günü məzlum fələstinli uşaq və qadınlara dəstək olaq, İsrailin şər və terrorçu kimliyini və bu rejimin qatil tərəfdarlarını rüsvay edək.”.

Bu gün 10 Məhərrəm 1446, (16 iyul 2024) hicri təqvimi ilə Aşura günüdür. Həzrət İmam Hüseyn (ə) Məhərrəm ayının onuncu günü olan “Aşura günü” Kərbəlada 72 səhabəsi ilə birlikdə şəhid olduğu üçün bu gün “matəm günü” kimi qeyd edilir.

Xəbəri paylaş

VİDEOLAR