İrandan almaniyalı nazirin iddialarına CAVAB

İrandan almaniyalı nazirin iddialarına CAVAB

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Almaniya xarici işlər nazirinin Bağdadda İran əleyhinə səsləndirdiyi iddiaları pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani belə qeyd edib:

"Almaniyanın xarici işlər nazirinin ölkəsinin Səddam rejimini dəstəkləmək və Baas rejimini kimyəvi silahlarla silahlandırmaqla bağlı qətllərini ört-basdır etmək əvəzinə, Almaniya hökumətindən İran və İraq xalqına qarşı keçmiş biabırçı davranışına görə üzr istəməsi gözlənilirdi".

Kənani İranın İraqın ərazi bütövlüyü və birliyinin təşviqində və bu ölkənin suverenliyinə hörmət edilməsində danılmaz roluna toxunaraq deyib:

"Təəssüflər olsun ki, hazırda əlləri İran və İraq vətəndaşlarının qanına bulanmış xeyli sayda silahlı separatçı və terror təşkilatı Almaniyaya sığınıb. Almaniya xarici işlər nazirinin Bağdadda İrana qarşı irəli sürdüyü iddialar Almaniya hökumətinin silahlı və separatçı anti-İran terrorçularına dəstəkçi yanaşmasının və iki qonşu ölkə arasında münasibətləri korlamaq cəhdlərinin davam etdiyini göstərir.

Bölgədəki hökumətlər və xalqlar bəzi qərb ölkələrinin, o cümlədən Almaniyanın müharibə aparmaq və müharibə aparan diktatorları dəstəkləmək nümayişlərini heç vaxt unutmayacaqlar.".

Xəbəri paylaş

VİDEOLAR