İran Ədliyyəsinin İnsan Haqları Komitəsinin katibi Kazım Qəribabadi ABŞ ilə məhbus mübadiləsi sazişi ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, İran Məhkəmə-İnsan Haqları Komitəsinin katibi Kazım Qəribabadi deyib:
"İran və ABŞ arasında aparılan danışıqlar və razılaşmalara uyğun olaraq, ABŞ-da Amerika sanksiyalarından yayınma kimi haqsız cinayətlərə görə həbs edilən bəzi iranlı məhbusların azadlığa buraxılmasına qərar verilib".
Qəribabadi daha sonra bildirib:
"İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı aparılan danışıqlarla yanaşı, İranın Cənubi Koreya tərəfindən bloklanan maliyyə resurslarının sərbəst buraxılması istiqamətində razılaşma əldə olunub. ABŞ-la məhbus mübadiləsi və bloklanan maliyyə resursları ilə bağlı danışıqların bir-biri ilə heç bir əlaqəsi yoxdur.".
İran Ədliyyəsinin İnsan Haqları Komitəsinin katibi Qəribabadi həmçinin belə qeyd edib:
"Sərbəst buraxılacaq məhbusların sayı ilə bağlı tezliklə lazımi açıqlamalar veriləcək".