“Sanksiyaların ləğvi üçün Qasim Süleymaninin intiqamının alınmaması şərti bir xəyaldır. İntiqam qətidir.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələri komandanı Əli-Rza Təngsiri deyib.
O, son çıxışında bildirib ki, nüvə danışıqları çərçivəsində Vaşinqton tərəfindən bəzi güzəştlərin edilməsi və bunun qarşılığında Qasim Süleymaninin intiqamının həyata keçirilməməsi mövzusunda mesajlar var.
General Təngsiri əlavə edib ki, belə bir şərtlər mümkün deyil və intiqam qətidir.
“Ali lider Ayətullah Seyid Əli Xamenei intqamın zəruriliyinə təkidlə yanaşır. Bunun zamanını və məkanını İran müəyyənləşdirir.”, deyə o əlavə edib.
Qeyd edək ki, Vyanada aparılan nüvə danışqılarında ABŞ-ın gündəmə və müzakirə masasına daxil etmək istədiyi mövzulardan biri də İranın Yaxın Şərq siyasətidir. Lakin İran bunu rədd edir.