İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana qarşı yeni sanksiya qərarı ilə bağlı deyib: “ABŞ-ın danışıqların beşinci raundu ərəfəsində tətbiq etdiyi yeni sanksiyalar ölkənin diplomatiya sahəsində ciddiyyətsizliyinə işarədir”.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İranın tikinti sektoruna qarşı yeni sanksiya qərarı ilə bağlı deyib: “ABŞ-ın danışıqların beşinci raundu ərəfəsində yeni sanksiyaları bu ölkənin diplomatiya sahəsində ciddiyyətsizliyinə işarədir”.
Bəqayi sosial şəbəkədə bu mesajı paylaşıb:
"ABŞ-ın dövlət katibi Marko Rubio ABŞ-ın tikinti sektoruna qarşı sanksiyalarını genişləndirməklə, ABŞ-ın düşmən münasibəti və İran xalqına qarşı qeyri-qanuni məcburedici hərəkətlərinin uzun tarixində yeni rekorda imza atıb. Bu hərəkət şər, qeyri-qanuni və qeyri-insani addımdır.
Amerikanın çox səviyyəli sanksiyalarının yeganə məqsədi hər bir İran vətəndaşını əsas insan hüquqlarından məhrum etməkdir və buna görə də insanlığa qarşı cinayət hesab olunur.
ABŞ-ın İrana qarşı sanksiyalarının davam etdirilməsi İran xalqının Amerika siyasətçilərinin İranın inkişafı və tərəqqisini sabote etmək üçün heç bir işdən əl çəkməyəcəklərinə dərin inamını təsdiqləyir.
Danışıqların beşinci raundu ərəfəsində baş verən bu vəziyyət ABŞ-ın diplomatiyadakı qətiyyətini və ciddiliyini daha da şübhə altına alır.
Millətimiz bu məntiqsiz kin və nifrətə qarşı qəti və qətiyyətli mövqe nümayiş etdirmək əzmindədir”.