İrandakı terror aktı ilə bağlı 35 nəfər həbs edilib

İrandakı terror aktı ilə bağlı 35 nəfər həbs edilib

İranın Kəşfiyyat Nazirliyi yeni açıqlamasında Kirmanda törədilən terror aktı ilə bağlı 35 nəfərin həbs edildiyini açıqlayıb.

Az.rasthaber.org xəbər verir ki, İran kəşfiyyat Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Partlayış anından başlayan təhlükəsizlik monitorinqi, kəşfiyyat, əməliyyat və texniki tədbirlər koordinasiyalı və kompleks şəkildə davam etdirilir.

İndiyə qədər əldə edilən nəticələrə görə, sözügedən qətlin əsl dizayneri və dəstəkçisi “Abdullah Tajik” adlı tacik olub. Bu terrorçu dekabrın 19-da ölkənin cənub-şərq sərhədlərindən qeyri-qanuni yollarla İrana daxil olub. O, əməliyyatı idarə etməklə yanaşı, həm də əldəqayırma bomba istehsalı üzrə mütəxəssisdir. Bu şəxs sözügedən terror aktından iki gün əvvəl müxtəlif partlayıcı və elektrik komponentlərini birləşdirərək bomba hazırladıqdan sonra ölkəni tərk edib.

İntihar edən terrorçulardan birinin şəxsiyyəti müsbət müəyyən edilib. Bu şəxs Amanullahın oğlu, Tacikistan vətəndaşı 24 yaşlı İsrail Bəzirov “Bozrov” olub. Qaçaqmalçılar tərəfindən Saravan şəhərinin Caliq Kalleqan sərhədindən ölkəyə daxil olan bu terrorçu Haş, İranşehir və Ciroft şəhərlərindən keçərək Kirmana gələrək adıçəkilən terrorçuya qoşulub.

Terrorçular istifadə edilən kamikadze jiletlərdən əlavə, daha iki partlayıcı jiletin istehsalı üçün partlayıcı materiallar və parça hazırlayıb və onları aşkar edilmədən basdırıblar.

Təkfirçi terrorizmin yaradıcılarının, icraçılarının və işbirlikçilərinin müəyyən edilməsi prosesi həm ölkə daxilində, həm də xaricdə sürətlə və diqqətlə davam edir. İndiyədək Kirman, Sistan və Bəlucistan, Rəzəvi Xoraan, İsfahan, Tehran və Qərbi Azərbaycan əyalətlərində 35 nəfər həbs edilib. Bundan əlavə, xaricdə bu terror aktında əli olan bir çox cinayətkarlar müəyyən edilib və onların təqibi ciddi şəkildə gündəmdədir”.

Xəbəri paylaş

VİDEOLAR