İran İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Nazirliyi İranda xaos yaratmağı planlaşdıran ABŞ-ın dəstəklədiyi şəbəkənin məhv edildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Nazirliyi ABŞ-ın idarə etdiyi şəbəkəyə ağır zərbə vurub.
Birgə yazılı bəyanatda bildirilib:
“Bu şəbəkənin üzvləri ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, Freedom House İnstitutu və qondarma Qeyri-Zorakı Demokratiya İnstitutunun rəhbərliyi və xarici ölkələrdən birinin rəhbərliyi ilə siyasi elementlər, qadınlar arasında xaos şəbəkəsi və planlaşdırma fəaliyyətləri ilə məşğul idi.
ABŞ və İngiltərənin planlaşdırdığı qiyam cəhdlərində rol oynamaq üçün qadın fəallar və vətəndaş cəmiyyəti üçün virtual və pulsuz kurslar təşkil edilmiş, ölkə daxilindən və xaricdən gələn elementlər yetişdirilmişdir."