İranda toyda partlayış: Ölənlər var

İranda toyda partlayış: Ölənlər var

İranın Kürdistan əyalətinin Sakız rayonunda axşam saatlarında toy mərasimində qaz sobasının qaz sızmasından sonra partlayış baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın Kürdistan əyalətinin Sakız rayonunda axşam saatlarında toy mərasimində qaz sobasının qaz sızmasından sonra partlayış baş verib.
Əyalətin Vali köməkçisi Hüseyn Hoşikbal hadisə ilə bağlı açıqlamasında 11 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını bildirib.
Sakız dövlət xəstəxanasına çatdırılan yaralılardan 3 nəfərin vəziyyətinin kritik olduğu önə çəkən Hoşikbal, partlayışın terror hücumu nəticəsində baş vermə iddiasını rədd edib.
Partlayışdan sonra İran Kürdistanında 1 günlük yas elan olunub.

Xəbəri paylaş

VİDEOLAR