İranda törədilən terror aktında həyatını itirənlərin sayı artıb

İranda törədilən terror aktında həyatını itirənlərin sayı artıb

İranın Kirman şəhərində törədilən terror aktında şəhid olanların sayının 91-ə çatdığı açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, yanvarın 3-də Kermanda şəhid general Qasım Süleymaninin məzarı yaxınlığında törədilən bombalı terror aktları nəticəsində yaralananların sayının daha 1 nəfərin ölümü ilə şəhidlərin sayının 91-ə çatdığı bildirilib.

İran mətbuatının məlumatına görə, yaralılardan 103-ü müalicə alır.

Daxili işlər naziri Əhməd Vahidi İŞİD terror təşkilatının üzərinə götürdüyü bombalı hücumlarla əlaqəsi olan bəzi şəxslərin saxlanıldığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR