İranın İsfahan şəhərində təlim zamanı bir ədəd qırıcı təyyarə qəzaya uğrayıb. Hər iki pilot ölüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər İsfahanın Nayin bölgəsində təlim zamanı bir ədəd “F-7” qırıcısı (Chengdu F-7PG) qəzaya uğrayaraq yerə düşüb.
İlkin ehtimal olaraq qəzanın texniki nasazlıqdan baş verdiyi deyilir.
Hər iki pilot dünyasını dəyişib.
Hadisənin səbəbi araşdırılır.