İranda tezliklə yeni yerli daşıyıcı-raketin sınağı keçiriləcək.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bildirib.
Yeni daşıyıcı-raket 100 kd-qək çəkili peyki orbitə çıxara biləcək.
“Ötən il yerli daşıyıcı-raket vasitəsilə buraxılan yerli optik peyk orbitdədir və təsvirləri ötürməkdədir“, - deyə o qeyd edib.
Zarepur əlavə edib ki, İran çəkisi 50 kq-dək olan peyki 500 km hündürlüyündəki orbitə çıxara bilir.
Onun sözlərinə görə, İranın cari administrasiyası öz faəliyyət müddətinin sonunadək orbitə 500, 600 kq-dək çəkili peyklər çıxarmağı planlaşdırır.
“Xəyyam” peykinin uğurlu buraxılışına işarə edən iranlı nazir deyib ki, “bu sahədəki dünyanın ən yaxşı mütəxəssislərilə qarşılıqlı işləməyə nail olmağımızla fəxr edrik, həmçinin biz “Xəyyam-2”, “Xəyyam-3” və “Xəyyam-4” peyklərinin İranda istehsalına dair razılığa gəldik“.
Xatırladaq ki, “Xəyyam” peyki Qazaxıstandakı Baykonur kosmodromundan 9 avqust tarixində buraxılıb.