İranda, xüsusilə Tehranda terror aktı törətmək istəyən terrorçular həbs olunublar.
Az.rasthaber.com xəbər verir ki, rəsmi məlumata görə, son günlər Tehran, Əlborz və Qərbi Azərbaycan vilayətlərində eyni vaxtda həyata keçirilən bir sıra əməliyyatlar zamanı terrorçulara aid bir neçə baza və komanda evlərinə hücum edilib, terror şəbəkəsinin 28 üzvü həbs edilib.
Bu ünsürlər İŞİD-in peşəkar cinayət qruplaşması ilə əlaqəlidir və onlardan bəziləri Suriyada təkfirçilərlə birgə olub və ya Əfqanıstan, Pakistan, İraqın Kürdüstan bölgəsində iştirak ediblər.