İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) Sistan-Bəluçistan əyaləti üzrə komandanı briqada generalı Hüseyn Almasi sui-qəsddən xilas olub.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində nəzarət buraxılış postlarının birində Hüseyn Almasinin maşınına silahlılar tərəfindən hücum edilib.
Hüseyn Almasi sui-qəsddən xilas olsa da onun cangüdəni Mahmud Absalan həlak olub.
Həyata keçirilən təcili əməliyyat nəticəsində hücum edənlərdən ikisi ələ keçirilib.
Qeyd edək ki, İranın Pakistanla sərhədində yerləşən Sistan-Bəluçistan əyaləti, habelə İraqın şimalı və Kürdüstan Muxtariyyəti ilə sərhəddə yerləşən bölgələr PJAK və “Ceyşul-Ədl” kimi terror qrupların təhlükəsizlik qüvvələrinə ara-sıra hücumlarının şahidi olur.