İranda sel və qar uçqunu zamanı ölənlər və yaralananlar var

İranda sel və qar uçqunu zamanı ölənlər və yaralananlar var

İranda sel və qar uçqunu 3 nəfərin ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, İranın Kirman əyalətinin Reyqan şəhərində güclü yağışlar sel və daşqınlara səbəb olub.

Bu şəhərdə sel nəticəsində iki nəfər həyatını itirib.

Həyatını itirən şəxslərdən birinin cəsədi tapılıb, digərinin axtarışları davam edir.

Məlumata görə, Reyqan şəhərinin 75 kəndi seldən ziyan görüb. Bölgəyə xilasetmə işləri üçün helikopter cəlb olunub .

Qeyd edək ki, ötən günlər ərzində İranın bir neçə şəhərində sel və daşqınlar baş verib. Həmçinin bəzi bölgələrdə güclü qar yağıb. Qar uçqunu baş verib. Bir nəfər qar uçqunu altında qalaraq ölüb.

Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində soyuq hava şəraitinə görə məktəblərdə dərslər dayandırılıb.

Xəbəri paylaş

VİDEOLAR