Tehranın nizam-intizam qüvvələrinin komandanı vurğulayıb ki, seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tehranın nizam-intizam qüvvələrinin komandanı (Tehranın Baş Polis rəisi) pasdar Hüseyn Rəhimi seçkilər günü təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olacağı ilə bağlı məlumat verib.
O bildirib ki, "seçkilərdə nizam-intizama və təhlükəsizliyə qarşı kiçicik bir xələlin gəlməsinə icazə verməyəcəyik.
General Rəhimi vurğulayıb ki, seçkilərin tam təhlükəsizlik və lazım olan asayişdə keçirilməsi üçün lazımi tədbirlər düşünülüb.
"Seçkilər İran xalqının böyük təlim-məşqidir. Bu təlim-məşqdə xalqın şüurlu və şövqlü iştirakı dostları ümidvar, düşmənləri isə məyus edəcək.", - deyə general Rəhimi əlavə edib.
Qeyd edək ki, İyun ayının 18-ində İranda prezident seçkiləri keçiriləcək.