İranda prezidentliyə namizədlərin qeydiyyat tarixi məlum oldu

İranda prezidentliyə namizədlərin qeydiyyat tarixi məlum oldu

İranda 13-cü prezident seçkiləri 18 iyuna təyin edilib.

Rasthaber Azərbaycan IRNA-ya istinadən xəbər verir ki, İranda qarşıdan gələn prezident seçkiləri üçün namizədlərin qeydiyyatı 11 maydan start götürəcək.

Bu barədə İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının bəyanatında deyilir.

Namizədlərə qeydiyyat üçün 5 gün təqdim ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri 18 iyuna təyin edilib.

Qeyd edək ki, hazırkı prezident Həsən Ruhani öz namizədliyini irəli sürə bilməz, çünki artıq 2 dəfə ardarda seçilib.

Xəbəri paylaş

VİDEOLAR