İranın Sistan və Bəlucistan əyalətində polis məntəqəsinə edilən terror aktı nəticəsində 12 polis şəhid olub, 7 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin Rasak şəhərində polis məntəqəsinə edilən terror aktı nəticəsində 12 polis şəhid olub, 7 nəfər yaralanıb.
Silahlı hücumun gecə saatlarında “Ceyş əl-Ədl” terror təşkilatı tərəfindən həyata keçirildiyi açıqlanıb.
İran mətbuatının məlumatına görə, bir saata yaxın davam edən atışmada çoxlu terrorçu zərərsizləşdirilib.
Yaralıların xəstəxanaya aparıldığı, bəzilərinin vəziyyətinin ağır olduğu öyrənilib.