İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour açıqlama verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 11679 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.
Cəhanpour bu gün "İran-Press" müxbiri ilə müsahibədə deyib ki, indiyə kimi İranda 35408 nəfər qəti surətdə koronavirusa yoluxub.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri sonra deyib: Təəssüflə, ötən sutka ərzində İranda koronavirus xəstələrindən 139 nəfər vəfat edib.
Kiyanuş Cəhanpour bu günədək 2517 nəfərin bu virusa yoluxma üzündən vəfat etdiyini də qeyd edib.