İranda nüvə aliminə qarşı terroru öhdəsinə götürən şəxs ələ keçirildi

İranda nüvə aliminə qarşı terroru öhdəsinə götürən şəxs ələ keçirildi

İranda bir neçə dəfə terror aktları törətmiş “Tondər” qrupunun ikinci adamı da ələ keçirilib.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Tondər" terror qrupunun lideri Cəmşid Şarməhdin tutulmasından sonra qrupun ikinci adamı “Masmatus” ləqəbli terrorçu da ələ keçirilib.

Əlavə edilir ki, bu şəxsin rəhbərlik etdiyi sayt 2010-cu ildə qətlə yetirilmiş nüvə alimi Məsud Əli Məhəmmədiyə qarşı terror aktını öhdəsinə götürmüşdü.

Adıçəkilən terrorçunun İrandan xaricdə mürəkkəb əməliyyat çərçivəsində ələ keçirildiyi və ölkəyə gətirildiyi deyilir. Onun rəhbərlik etdiyi qrupun Mossadla əlaqəli olduğu bildirilir.

Xəbəri paylaş

VİDEOLAR