İranda neft emalı zavodunda partlayış olub

İranda neft emalı zavodunda partlayış olub

İranın cənubundakı Bəndər Abbas neft emalı zavodunda baş verən partlayışda 2 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Aftab Neft Emalı Şirkəti İranın cənubundakı Bəndər Abbasda baş verən hadisə ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib:

"Aftab neft emalı zavodunun sobalarından birinin təmiri zamanı qəza baş verib. Can itkisi olmayıb".

Hadisə zamanı yaralanan iki nəfərin xəstəxanaya aparıldığı qeyd edilib.

Aftab neft şirkəti hadisə nəticəsində yanğın baş verməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, müəssisədə hasilat prosesinin adi qaydada davam etdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR