Koronavirusa yoluxmuş İranın səhiyyə nazirinin müavini İrəç Hərirçi sağalıb.
Koronavirusa yoluxmuş İranın səhiyyə nazirinin müavini İrəç Hərirçi sağalıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Səid Nəməki məlumat verib.
Qeyd edək ki, İ.Hərirçi virusa ötən ayın sonu yoluxmuşdu.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 429 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 075 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 10 075 nəfərə çatıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, vitse-prezident Məsumə Ebtekar, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian tam müalicə olunaraq evə buraxılıb.
Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə girişi qadağan edib.
Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.