İranda hz. Məhəmməd peyğəmbər (s) və imam Cəfər Sadiqin (ə) mövludu münasibəti ilə 3 458 məhbus amnistiya edilib və cəza müddəti azaldılıb.
Az.rasthaber.com IRNA-ya isstinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Seyid Əli Xamenei qərar qəbul edib.
İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni Əcəi mövludlar münasibəti ilə amnistiya və əfv komissiyasının bütün şərtlərinə cavab verən 3 458 məhbusun siyahısını Seyid Əli Xameneiyə təqdim edib.