İranda Mossad agenti edam olundu - ƏTRAFLI

İranda Mossad agenti edam olundu - ƏTRAFLI

Xudanəzərin oğlu İsmayıl Fikri Sionist rejimin casus-terror xidmətləri ilə əməkdaşlığıa görə edam olunub

Rasthaber Azərbaycan xəbər verir ki, sionist rejimin xeyrinə casusluq və informasiya əməkdaşlığı edən, "müharibə aparmaq" və "yer üzündə fəsad törətmək" ittihamları ilə saxlanılan və məhkəmə olunan şəxs, cinayət işinin tam hüquqi prosedurunun başa çatmasından və Ali Məhkəmənin hökmü təsdiqləyib qüvvədə saxlamasından sonra bu gün səhər öz əməllərinin cəzasına çataraq edam olunub.

Xudanəzərin oğlu İsmayıl Fikri Sionist rejimin casus-terror xidmətləri ilə əlaqə saxladığı halda ölkədə həyata keçirilən mürəkkəb texniki və kəşfiyyat əməliyyatı nəticəsində saxlanılıb.

Cinayət işinin sənədlərinə əsasən, İsmayıl Fəkri "Mossad"la əməkdaşlıq etdiyi müddətdə İran İslam Respublikasının düşmənlərinə məxfi və həssas məlumatları təqdim etməyə çalışıb və bunun müqabilində mükafat almaq istəyib.

İsmayıl Fəkri, Sionist rejimin kəşfiyyat xidməti ilə əməkdaşlığı çərçivəsində "Mossad"ın iki zabiti ilə əlaqə qurub.

Əvvəlcə birinci Mossad zabiti tərəfindən cəlb olunub və təsdiq edildikdən sonra Sionist rejimin casus xidməti ilə əməkdaşlığa başlayıb.

İsmayıl Fikrinin elektron cihazlarından bərpa edilən məlumatlar göstərib ki, o və Mossad zabiti arasında mesaj mübadiləsi baş verib və zabit ona göstəriş verib ki, tələb olunan məlumatları toplayıb xidmətə ötürsün.

Dosyedə olan sənədlərə əsasən, edam olunan İsmayıl Fikri Sionist rejimin casus xidməti ilə əlaqəsi zamanı məxfi yerlər, hərbi bazalar, xüsusi şəxslərin məlumatları, təşkilati tapşırıqlar və s. kimi məxfi məlumatları təhlükəsiz rabitə vasitəsilə Mossad zabitinə çatdırmağa çalışıb.

O, birinci zabitlə əlaqə qurduqdan sonra 2022-ci ilin yazında “Əmir” adlı ikinci Mossad zabitinə təhvil verilib.

"Əmir", yeni əlaqə formatı təklif etməklə yanaşı, Fikridən əsas rabitə və hesabatlarını bu yeni platforma vasitəsilə göndərməsini istəyib.

Bu casusluq əməkdaşlığının qarşılığında ödəniş təmin etmək məqsədilə, 2022-ci ilin iyulunda, Mossad zabiti ona kriptovalyuta pul kisəsi quraşdırmağı əmr edib. Fikri də bu əmri yerinə yetirərək mobil telefonuna həmin tətbiqi quraşdırıb və işə salıb.

Elə həmin dövrdə Fikri Mossad zabitləri ilə əlaqə saxladığı zaman, İranın təhlükəsizlik və kəşfiyyat orqanları mürəkkəb texniki tədbirlər vasitəsilə onun Sionist rejimlə olan rabitəsini aşkar ediblər və onu və şəbəkəsini nəzarətə alıblar.

Lazımi təhlükəsizlik və kəşfiyyat tədbirləri həyata keçirildikdən və Sionist rejimin casus şəbəkəsi ifşa edildikdən sonra, İsmayıl Fikri  2023-cü ilin dekabr ayında saxlanılıb.

Fikrinin həbsi və ittiham aktının tərtibindən sonra, onun və vəkilinin iştirakı ilə məhkəmə iclasları keçirilib. Məhkəmə, təqsirləndirilən şəxsin və vəkilinin ifadələrini dinlədikdən sonra, onun Sionist rejimin casus xidməti ilə geniş əməkdaşlıq etdiyini təsdiq edən sənədləri, texniki və ekspertiza araşdırmalarını, məlumatların bərpasını, təqsirləndirilənin ifadələrini, Sionist rejimin kəşfiyyat xidmətinə şüurlu şəkildə əlaqə qurduğunu və bu əməkdaşlıq müqabilində müəyyən məbləğdə pul və mükafat aldığını sübut edən sənədləri əsas götürərək, onu cinayətkar hesab edib və "Sionist rejimin sülh və təhlükəsizliyə qarşı düşmən hərəkətlərinə qarşı mübarizə haqqında" qanunun 6-cı maddəsinə əsasən ölüm hökmünə məhkum edib.

İlkin hökm verildikdən sonra iş apellyasiya baxışı üçün Ali Məhkəməyə göndərilib və mövcud sənədlər əsasında hökm təsdiqlənərək qüvvədə saxlanılıb.

Nəticədə, qanuni prosedurlar tam yerinə yetirildikdən sonra, təqsirləndirilən şəxs edam olunub və hökm icra edilib.

Xəbəri paylaş

VİDEOLAR