İranda İsrail xarici kəşfiyyat xidmətlərinə casusluqda təqsirli bilinən 4 nəfər edam edilib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qərbi Azərbaycan əyalətinin məhkəmə hakimiyyətinin mətbuat xidmətindən bəyan edilib.
Qeyd edilib ki, ölüm hökmü bu gün – 29 dekabrda səhər saatlarında icra edilib.
Bildirilib ki, onlar MOSSAD zabitlərinin rəhbərliyi altında İranın təhlükəsizliyinə qarşı əməliyyatlar törətməkdə günahkar biliniblər.