İranda İsrailə bağlı terror şəbəkəsi ələ keçirilib

İranda İsrailə bağlı terror şəbəkəsi ələ keçirilib

İranın Kəşfiyyat Nazirliyi ölkənin 4 vilayətində həyata keçirilən əməliyyatlarda sionistlərlə əlaqəli terror şəbəkəsinə ağır zərbə vurulduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada ölkənin 4 vilayətində həyata keçirilən uğurlu əməliyyatlarda sionistlərlə əlaqəli terror şəbəkəsinə ağır zərbə vurulduğu bildirilib.

Əməliyyatların Xuzistan, Mazenderan, Kirmanşah və Sistan-Bəlucistan əyalətlərində aparıldığı açıqlanıb.

4 əyalətdə keçirilən uğurlu əməliyyatlarda çoxlu sayda əl istehsalı bomba və silahın ələ keçirildiyi bildirilib.

Keçən iyul ayında İranın 6 vilayətində uğurlu əməliyyatlar nəticəsində sionist rejimə işləyən terror şəbəkəsi məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR