İranda "İqtidar 99" hərbi təlimləri başladı

İranda

Məkran sahillərində İran İslam Respublikasının Ordusunun Quru Qoşunlarının "İqtidar 99" təlimləri başlanıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu hərbi təlimlər bu gün Məkran sahillərində hava-desant, xüsusi qüvvələr və sürətli reaksiya diviziyalarının iştirakı və aviasiya qüvvələrinin dəstəyilə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Aviasiya Təşkilatı səviyyəsində başlanıb.

Bu hərbi təlimlər İran İslam Respublikası Ordusunun Quru Qoşunları bölmələrinin müəyyən edilmiş planlara əsasən, ölkə məntəqələrindən tapşırıq məntəqələrinə yerdəyişmə planının icrası və təhdidlərlə mübarizə istiqamətində bölmələrin döyüş hazırlığı səviyyəsini dəyərləndirmək məqsədilə başlanıb.

Təlimlər boyu ordunun quru qoşunlarının peşəkar diviziyalarının çoxtərəfli bacarıqlarının dəyərləndirilməsi məqsədilə yerli yaradıcı taktika növləri həyata keçiriləcək.

Bundan öncə Məkran sahillərində və Hind Okeanının şimalında İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının "Dəniz iqtidarı-99" hərbi təlimləri keçirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR