İranda 2-ci yerli vaksin olan “Razi Cov Pars”-ın sınaqlarının 3-cü mərhələsi start götürüb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir.
“2021-ci ilin sonunadək biz 15-20 milyon doza (vaksin) istehsal edə biləcəyik”, – deyə “Razi” Vaksin və Zərdab Araşdırmaları İnstitutu rəsmisi Məhəmməd Hüseyn Fəllah Mehrabadi bildirib.
Onun sözlərinə görə, 3-cü sınaq mərhələsində 18 yaşdan yuxarı olan təxminən 40 min könüllü iştirak edəcək.
Qeyd edilir ki, koronavirus əleyhinə vaksin 3-dozalı olacaq. Onun ilk 2 dozası inyeksisa, 3-cüsü isə intrazanaldır.