İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində hərbi obyektə hücum edən iki terrorçunu zərərsizləşdiriblər.
İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində hərbi obyektə hücum edən iki terrorçunu zərərsizləşdiriblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, insident Xuzistan əyalətində baş verib. Silahlılar silahlı qüvvələrin əməkdaşlarına atəş açaraq hərbi obyektə daxil olmağa çalışıblar.
Bildirilir ki, hər iki terrorçu atışma zamanı yaralanıb, onlardan biri xəstəxanaya aparılarkən ölüb.