İranda yüzdən çox dövlət və özəl saytlara haker hücumu edilib. Hücumun qarşısı alınıb.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Məlumat Mübadiləsi Təhlükəsizliyi Mərkəzinin sədr müavini Meysəm Məqsudi Qudərzi deyib.
O, İranda telekanalların birinə müsahibəsində deyib ki, "hücum ölkə təşkilatlarının ən çox istifadə etdiyi proqram təminatından birində olan təhlükəsizlik portalından istifadə etməklə hazırlanıb və bu zaman hakerlər ölkədəki dövlət və özəl qurumların 100-dən çox internet saytına ilkin giriş əldə edə biliblər, lakin bu cəhdlər aşkar edilərək zərərsizləşdirilib.”