İranın paytaxtı Tehran, Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.
Az.rasthaber.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər.
Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər.
Qeyd olunub ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onu siyasi xəttini dəstəkləyir.