İranda ötən sutka ərzində 193 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 64 232 nəfərə yüksəlib.
O deyib ki, İranda ötən 24 saat ərzində 19 666 nəfər koronavirusa yoluxub və beləliklə virusa yoluxanların sayı 2 049 078 nəfərə çatıb. Virus daşıyıcılarından 4 329 nəfərin vəziyyəti ağır qiymətləndirilir.