Britaniyanın İrandakı səfirinin müavini də daxil olmaqla bir neçə diplomat qadağan edilən ərazilərə daxil olmaq və eksprement üçün buradan nümunələr götürmək kimi cəsusluq hesab edilən əməllərdə ittihamlandırılıblar.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İslam İnqilabının Keşikçilər Ordusunun Kəşfiyyat Bölməsi ölkədə Kəvir səhrasında qadağan edilmiş ərazilərə turizm adı ilə daxil olmaq, buradan nümunələr götürüb xaricə göndərmək və sair cəsusluq hesab edilən addımlarda ittihamlandırılaraq saxlanılıblar.
Məlumatda bildirilib ki, Britaniya səfirinin müavininin addımlarının qarşısı zamanında alınıb, o üzr istəyib və daha sonra ölkədən çıxarılıb.
Əlavə edilib ki, bu diplomatlar turizm adı ilə səhrada ballistik raketlərin sınaqlarının keçirildiyi ərazilərin yaxınlığına getmiş, buradan götürdükləri nümunələrin bir qismi ölkədən çıxarılan zaman ələ keçirilmişdir.