İranda baş verən terror aktı ilə bağlı YENİ XƏBƏR

İranda baş verən terror aktı ilə bağlı YENİ XƏBƏR

İranın daxili işlər naziri Əhməd Vahidi Kirmanda törədilən terror aktları ilə bağlı bir neçə şübhəlinin saxlanıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın Daxili İşlər Naziri Əhməd Vahidi mətbuata verdiyi açıqlamada Kirmanda törədilən terror aktları ilə bağlı bir sıra şübhəli şəxslərin saxlanıldığını açıqlayıb.

İran mediasının məlumatına görə, Kirmanda törədilən terror aktlarında şəhid olanların sayı 89 nəfərə çatıb.

Digər tərəfdən, Kerman Təcili Yardım Mərkəzinin rəhbəri Seyyid Muhamed Saberi deyib:

“Kirmanda terror hücumlarında yaralanan 137 nəfərin müalicəsi davam edir. Onlardan 42-si reanimasiyadadır".

Xəbəri paylaş

VİDEOLAR