İranın İsfahan şəhərində avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər yaralanıb.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bunu şəhərin təcili yardım mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.
Onun sözlərinə görə, hadisə yanvarın 15-də səhər saatlarında qeydə alınıb: “Hadisə yük avtomobilinin avtobusun arxa hissəsinə çarpılması nəticəsində baş verib”.
Yaralılar hospitala yerləşdiriliblər.