Bu barədə İranın Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, 6 ay ərzində İranda silah və hərbi texnika qaçaqmalçılığı ilə məşğul olan 78 dəstə məhv edilib.
Qeyd edilib ki, keçirilmiş əməliyyatlar zamanı təqribən 2 710 ədəd silah müsadirə edilib.
Həmçinin 201 nəfər şübhəli həbs edilərək müvafiq orqanlara təhvil verilib.