İranda 4,7 bal gücündə zəlzələ: 25 nəfər xəsarət alıb

İranda 4,7 bal gücündə zəlzələ: 25 nəfər xəsarət alıb

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.

Az.rasthaber.com xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri vilayətin inzibati mərkəzi Zahedan olan zəlzələ yerli vaxtla saat 00.50-də qeydə alınıb.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələ Zahidanda hiss olunarkən panikaya düşən bir çox insan evlərini tərk edərək küçələrə axışıb.

Zahidan şəhərinin Hatemul Enbiya xəstəxanasının direktoru mətbuata verdiyi açıqlamada zəlzələ nəticəsində 25 nəfərin yüngül xəsarət aldığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR