İranda 4 məscid naməlum şəxslər tərəfindən yandırılıb

İranda 4 məscid naməlum şəxslər tərəfindən yandırılıb

İranın Yəzd şəhərində 4 məscidin naməlum şəxs və ya şəxslər tərəfindən yandırıldığı açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, hadisə səhər saatlarında Yəzdin Azadşəhr bölgəsində baş verib.

Polisin ətrafdakı təhlükəsizlik kameraları və digər şəxsiyyəti müəyyənləşdirmə üsullarından istifadə edərək hadisəni törədənləri müəyyən etməyə çalışdığı bildirilib.

Səlahiyyətlilər hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR