"İmam Zaman(əc)-in gizli əsgərləri" xüsusi təyinatlı dəstəsinin səyləri ilə İranın Sistan və Bəluçestan və Qərbi Azərbaycan vilayətlərində üç terror dəstəsi zərərsizləşdirilib
Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata əsasən İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bu gün bu haqda bir bəyanat yayıb.
Qeyd olunur ki, bu il martın 21-də Sistan və Bəluçestan vilayətinin Səravan şəhərində törədilən terror partlayışının amilləri həbs olunublar.
Bu məlumata görə, Səravanda törədilən kor-koranə terror partlayışı on altı yaşlı bəluç yeniyetmənin şəhid olması və yoldan keçən bir neçə günahsızın yaralanması ilə nəticələnib.
İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi həmçinin bildirib ki, "Ceyşulzulm" terror qruplaşmasının tabeliyində olan bu dəstənin ünsürləri hərbi təlimi xarici bir ölkədə keçiblər. Onlar, bu qruplaşmanın istiqamət verməsilə həmin cinayəti törədiblər.