İrana qarşı sanksiyalar ləğv olmasa, hər şey məhv olacaq - Qrossi

İrana qarşı sanksiyalar ləğv olmasa, hər şey məhv olacaq - Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran İslam Respublikası tərəfindən əlavə protokolun icrasının dayandırılmasına münasibət bildirib

 "Sanksiyaların ləğvinə dair bir razılaşma əldə edilməzsə, hər şey məhv olacaq".

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

"İranla son razılaşma əldə edilməsəydi, rəsmi Tehran geri dönməz addımlar ata bilərdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla son razılaşması olmadan İranda aparılan yoxlamalar İranın bərpa olunmaz və ya geri dönməz addımlar ata bilməsi demək idi. Bu razılaşma bizə bu dövrdə baş verənlərin hamısını deyil, bütün əsas fəaliyyətləri izləməyə və qeyd etməyə imkan verir. Bu siyasi və ya qanuni bir razılaşma deyil, bu rəsmi bir müqavilə deyil, bir anlaşmadır.", -deyə Qrossi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR