"İrana qarşı ən kiçik bir həmlə edilsə, sionist rejim bizim hədəfimiz olacaq"

İran prezidenti İbrahim Rəisi Milli Ordu Günü mərasimindəki çıxışında bildirib ki, sionist rejimin ən kiçik səhvi olarsa, İran Silahlı Qüvvələri onları rahat buraxmayacaq.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İranda 18 Aprel Milli Ordu Günü münasibətilə, quru, dəniz, hava və xüsusi təyinatlı birləşmələrin əsgərləri, paytaxt Tehranda İmam Xomeyni (r.ə) hərəminin qarşısında parad keçirib.

Mərasimdə İran Prezidenti Seyid İbrahim Rəisi, Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, müdafiə naziri briqada generalı Məhəmməd Rza Əştiyani, İran Ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi, İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami və bir çox hərbi komandanlar iştirak ediblər.

Mərasimdə çıxış edən prezident Rəisi təchiz edilmiş İran Ordusunun ölkəni müdafiə etməyə hazır olduğuna işarə edərək, “Ordumuz düşmənlərə qarşı hazırdır ki, silahlı qüvvələrimizin gücünün çəkindirici olduğunu bilsinlər” deyib.

Seyid İbrahim Rəisi işğalçı İsrail rejiminə çağırış edib:

"Əgər bəzi ölkələrlə münasibətlərinizi normallaşdırmaq istəyirsinizsə, bilin ki, sizin zərrə qədər bir addımınız bizim silahlı qüvvələrimizdən gizli qalmayıb. Əgər İrana qarşı ən kiçik bir həmlə edilsə, sionist rejim bizim hədəfimiz olacaq. İran Silahlı Qüvvələri sizi rahat buraxmayacaq. 

ABŞ İran İslam Respublikasına qarşı tətbiq edilən maksimum sanksiyalarda faciəvi məğlubiyyətə uğradıqlarını etiraf edib. İrana qarşı hərəkətə keçmək istəyənlərin aqibəti belə olacaq".

Xəbəri paylaş

VİDEOLAR